“Sperantsa” – “Neftçi” oyununun saatı açıqlandı

    18

    “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” klubu ilə ilk oyununun başlama saatı açıqlanıb.

    Hurriyyet.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda, “Zimbru” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

    Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.