“Sən hələ prezident də olmaq istəyirdin?!” – DEPUTAT HİDDƏTLƏNDİ

    3

    Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana həqiqi münasibətini ortaya qoydu.

    Bu sözləri millət vəkili Aydın Mirzəzadə yazıçı, ssenarist Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını təhqir etməsi, aşağılaması, erməniləri isə ucaltması məsələsinə münasibət bildirərkən qeyd edib. Deputat vurğulayıb ki, onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir və o bu yoldan əl çəkmək istəmir:

    “R.İbrahimbəyov çəkdiyi “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edib.

    Bu nifrət və küdurətlə o hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdirilməsi olacaqdı. Vaxtilə R.İbrahimbəyovu özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm: sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz” var?”

    Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Filmdə azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunub. \\ednews.net

    HURRİYYET.ORG