Paşinyandan Qarabağla bağlı ŞOK AÇIQLAMA: “Sarkisyan istəyirdi ki…”

    12

    Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüşü zamanı Dağlıq Qarabağla bağlı açıqlamalar verib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Paşinyan “Qarabağı satmayacağıq” deyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryanın iddiasına cavab olaraq bildirib.

    “David Şahnazaryan bizim Qarabağı vermək üçün hakimiyyətə gəldiyimizi deyir. Mən faktlara əsaslanaraq danışıram. Biz münaqişəni həll edə bilmədiyimizi açıq şəkildə bildiririk və hər hansı təklif olacaqsa, bunu xalqa bildirəcəyik, xalqın razılığı ilə hərəkət edəcəyik. Serj Sarkisyanın rəhbərliyi ilə Qarabağı vermək siyasəti aparan Respublika Partiyası bizi Qarabağı satmaqda ittiham edir”, – deyə Paşinyan qeyd edib.