“RÖYTERS” AGENTLİYİ FİTNƏ KİMİ XƏBƏR YAYDI…

    3

    Hurriyyet.org xəbər verir ki, İraqda seçkilərin qalibi olan və Amerika əleyhinə mövqeyi ilə tanınan şiə lideri Mukteda əs-Sədrin bəzi amerikalı şəxslərlə təmas saxladığı iddia edilib. “Röyters” agentliyi Sədri Siyasi Büro təmsilçisi Ziya Əsədiyə istinad elədiyi xəbərdə Amerikalıların Sədri dəstəklədiklərini və seçkilərin qalibi olan Sairun koalisiyasından bəzi üzvlərlə əlaqə saxladılarını bildirib. Agentliyin iddiasına görə, Əsədi deyib: “Amerikalılarla birbaşa əlaqə saxlanılmayıb. Lakin Sairun üzvlərinin vasitəçiliyi ilə əlaqə kanallarının açılması üçün addımlar atılıb”.

    Onun adından açıqlama verən kanalın xəbərini təkzib edən Əsədi bu iddiaların yalan olduğunu, Sədrin koalisiyasının amerikalılarla əlaqə saxlamadığını bildirib.

    Əsədi deyib: “Bəzi mətbuat orqanları Vaşinqton ilə Sairun koalisiyası üzvləri arasında əlaqəsi olduğu barədə xəbəri mənə istinad edərək yayıblar. Bu xəbərlər tamamilə yalandır. Amerikalılarla heç bir əlaqəmiz yoxdur. Bizə vasitəçi göndərirlər, lakin biz hətta vasitəçilərlə bir masaya oturmağı və əməkdaşlıq eləməyi rədd edirik”.

    Mayın 12-də İraqda keçirilən seçkilərdə Sədrin dəstəklədiyi koalisiya birinci yerə çıxaraq, 329 deputat kürsüsü olan məclisdə 54 nəfər millət vəkili təmsil olunub. Seçkidə birinci olmasına rəğmən, Sədr hökuməti təkbaşına qura bilmir. O, məclisə daxil olan digər qruplarla ittifaq qurmağa məcbur olduğu üçün yaşadığı Nəcəf şəhərini tərk edərək, hökumət qurmaq üçün Bağdada gəlib.

    Seçkilərdə ikinci yeri tutan, İranın dəstəklədiyi Fəth koalisiyasının lideri Hadi Amiri, seçkilərdə üçüncü yerdə olan baş nazir Haydar əl-İbadi ilə yanaşı, sünni və kürd liderləri ilə də görüşən Sədr sosial şəbəkədəki açıqlamalarında “İraqın bütün rənglərinin təmsil olunacağı” hökumət qurmaq istədiyini bildirib.

    İbadi də dünənki mətbuat konfransında Sədr ilə birlikdə bütün siyasi qrupların təmsil ediləcəyi hökumət qurmaq üçün razılaşdıqlarını söyləyib.

    Sədrin Bağdadda İranın Qüds Qüvvəsi komandiri Qasım Süleymani ilə də görüşdüyü iddia eilir. ABŞ-a qarşı mövqeyi ilə tanınan Sədrin, İranla məsafə saxladığı, bu ölkənin İraqda nüfuz sahibi olmasından narahat olduğu bildirilir.

    Hurriyyet.org