“Rusiya ilə əlaqlələrin yaxşılaşdırılması zamanı deyil” – Salome Zurabişvili

    6

    Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

    Hurriyyet.org xəbər verir ki, o bu sözləri BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

    “Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm”, – deyə Zurabişvili bildirib. Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da, kənarda qalmayacaq.

    Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim “Gürcüstan arzusu” partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.