“Rus raketlərinin sayının artmasının qarşısını almalıyıq” – NATO-nun baş katibi

    3

    Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqton hökumətinin birtərəfli şəkildə INF müqaviləsindən imtina eləməsindən sonra yaranan gərgin vəziyyəti qiymətləndirib. Stoltenberq deyib: “Rus raketlərinin sayının artmasına hazır olmalıyıq”.

    Bəlli olduğu kimi, ABŞ Rusiya ilə bağladığı (1987-ci ildə Ronald Reyqan ilə Mixail Qorbaçovun imzaladığı) Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən bu ilin əvvəlində birtərəfli şəkildə imtina eləmişdi.

    Müavilədən imtina eləmiş ABŞ-ın əvəzinə Rusiyaya müraciət edən Stoltenberq, INF-ni xilas eləmək çağırışı edib. Rusiyanın mövqeyində hər hansı bir dəyişiklik olmadığını bildirən Stoltenberq deyib: “İttifaq daha çox rus raketi olmayan bir dünya üçün hazırlıq aparmalıdır”.

    Stotenberq Rusiyanın 2 avqust tarixinə qədər heç bir addım atmayacağı təqdirdə, ittifaqın hava və raket müdafiəsi ilə bağlı yeni təlimlərə hazır olduğunu söyləyib.

    Hurriyyet.org