“Regionda geosiyasi mübarizə yenidən gərgin məcraya qədəm qoyacaq”

    39

    Kamran Sultanlı: "Paşinyan çalışır ki, Dağlıq Qarabağ amilini Ermənistan xarici siyasətindən söküb atsın"

    "Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenidən həbs edilib. Apelyasiya məhkəməsi Koçaryanın bundan əvvəl azadlığa buraxılması haqqında qərar çıxaran aşağı instansiya məhkəməsinin hökmünü ləğv edib". Hurriyyet.org xəbər verir ki, bunu müstəqil ekspert Kamran Sultanlı deyib.

    Картинки по запросу Kamran Sultanlı

    Onun sözlərinə görə, Koçaryanın azad edilməsi birbaşa Moskvanın təzyiqlərinin nəticəsində reallaşmışdı: "Koçaryanın azad olunması Nikol Paşinyan üçün də təhdid idi. Həm 1 mart hadisələrinin qurbanlarının cəzalandırılması ilə bağlı verdiyi vəd, həmçinin "Qarabağ klanı"nın Koçaryanın liderliyi ilə Paşinyan hakimiyyətinə qarşı mübarizəsi aspektindən erməni baş nazir üçün təhlükələr var idi. Digər tərəfdən, Nikol Paşinyan çalışır ki, Dağlıq Qarabağ amilini Ermənistan xarici siyasətindən söküb atsın".

    Ekspertin fikrincə, əgər Koçaryan qondarma Dağlıq Qarabağ rejiminin başına keçərsə, bu, Azərbaycanın maraqlarına uyğun olmaz: "Bu, Kremlin Dağlıq Qarabağda mövqelərini daha da gücləndirməsinə gətirib çıxara bilərdi.
    Paşinyan Erməni Milli Konqresinin sədri olan Levon Ter-Petrosyanın acı taleyini yaşamaq istəmir və balansa meyl edir. Baxmayaraq ki, özü açıq aşkar Qərb yönümlüdür. Paşinyanın balans siyasəti iki erməni dövləti prinsipinə uyğundur. Yəni Dağlıq Qarabağ Ermənistan siyasətindən çıxarılır, danışıqlarda ayrıca tərəf kimi iştirak edir və Dağlıq Qarabağ, Rusiyanın, Ermənistan isə Qərbin təsir dairəsinə keçir. Dağlıq Qarabağ münaqişəsi Ermənistan siyasətində olduqca, Ermənistan əsla Qərbə yaxınlaşa bilməz. Bunun üçün münaqişənin həlli lazımdır. Lakin Ermənistan dövləti buna gedə bilməz. Çünki Qarabağ ultraşovinist erməni cəmiyyətinin tələbidir. Belə olan halda Paşinyan Qarabağı Ermənistanın siyasi həyatından cixartmaqla iki dövlət prinsipini həyata keçirməyə çalışır. Lakin rəsmi Bakı bu senarini əsla qəbul etməyəcək. Həmçinin, Rusiya da Cənubi Qafqazı Qərbdən və NATO(Türkiyə)-dan ayıran Ermənistanın Qərbin vektoruna keçməsinə əsla maraqlı olmayacaq. Buna qədər Qərbə gedən yol olan Gürcüstanda Rusiya təsir dairəsini genişləndirirdi, əksinə olaraq Qərb də, bu yolu qapadan alət olan Ermənistanda aktivləsməyə çalışırdı. Amma Gürcüstanda baş verən etirazlardan sonra gürcü xalqı İvanişvilinin, Rusiya ilə əlaqələrinə qırmızı kart göstərdi. Bundan sonra regionda geosiyasi mübarizə yenidən gərgin məcraya qədəm qoyacaq".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org