“Ərdoğanla foto çəkdirən alman ola bilməz” – ALMANİYALI DİPLOMAT

    6

    Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərədə görüşən türk əsilli alman futbolçu Mesut Özil Almaniyada linç edilib.

    Hurriyyet.org xəbər verir ki, Almaniyanın radikal sağ partiyası AFD-nin idarə heyətinin üzvü Beatriks Von Storç Almaniya millisinin futbolçusunu “uğursuz bir adaptasiyanın modeli” adlandırıb.

    Storç bildirib ki, Rəcəb Tayyib Ərdoğanla foto çəkdirən bir adam alman ola bilməz:

    “Özilin Almaniya pasoportu var. Amma o alman deyil. Milli marşı oxumayan və Ərdoğan ilə foto çəkdirən alman ola bilməz. O, uğursuz bir uyğunlaşma prosesinin rol modelidir”.

    Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri zamanə İngiltərə Premyer Liqasında oynayan Mesut Özil, Cenk Tosun və İlkay Gündoğanla görüşmüş, bu görüş Avropa mediasında geniş müzakirə olunmuşdu./publika.az/