“”Zeytun budağı” daha tez başlasaydı, Kilis bu cür zərbələrə məruz qalmazdı” – ƏRDOĞAN

    15

    Əgər “Zeytun budağı” əməliyyatı daha tez başlasaydı, onda Kilis bu cür zərbələrə məruz qalmazdı.

    Hurriyyet.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan Yeniqapı Avrasiya İncəsənət Mərkəzində İstanbul Gənclər Festivalı zamanı deyib.

    “O (“Zeytun budağı”) gecikdi, biz onu daha tez başlamalı idik”, deyə prezidenti bildirib.

    Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə ordusu Afrində möhkəm qərarlaşıb və təhlükəsizlik tam təmin olmayınca, orada olacaq: “İrəlidə İdlib, Tel-Rifat, Mənbic var”.

    Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi./trend/