“Qorumağa çalışdım, ancaq alınmadı” – Eldar Sabiroğlu şəhid olmuş zabit İlqar Verdiyevin ölümündən YAZDI

    30

    Həqiqətin daşı həmişə ağır olub. Ta qədimlərdən üzü bəri insanlığın həqiqət uğrunda apardığı mübarizənin yalanla müqayisədə bəxti gətirməsə də, sonucda mərhumiyyətlərə qalib gələrək məqsədini gerçəkləşdirmək imkanı əldə edə bilib. Yəqin atomun quruluşunu kəşf edən böyük fizik N. Bor haqda təsəvvürləriniz olmamış deyil. Onun nəzəriyyəsi ilə işim yoxdur, çünki bu elə bir nəhəng dəryadır ki, sadəcə hər kəsin yaxın düşəcəyi məkan deyil. Lakin bu dahi alimin cəmiyyət hadisələri ilə bağlı dərin məntiqə əsaslanan bir fikri üzərində dayanmaq istərdim. O, həqiqətlə yalan arasında gedən mübarizənin təsvirini bu cür verir.

    Bor yazır: “Həqiqətlər iki növ-ya aydın, ya da dərin olur. Aydın həqiqətə qarşı yalan durur. Dərin həqiqətə qarşı başqa bir həqiqət-onun qədər dərin bir həqiqət durur.” Düşündürücüdür, deyilmi?! Çıxardığım nəticə belədir ki, yalanla həqiqətin işığını birdəfəlik söndürmək hələki kimsəyə, o cümlədən də heç bir qələm sahibinə qismət olmayıb. Niyə görə belə geniş izaha ehtiyac duydum? İlk baxışda sadə görünən, lakin içi qərəz və nifrətlə dolu olan bəzi səbəblər məni məcbur etdi.

    Deməli, son vaxtlar qəribə və anlaşılması cətin olan yalanlar sel kimi mənim və Rüfətin üzərinə şığıyır. Peşimansan ki, bizi narahat edən hansısa məsələni gündəmə gətirəsən. Dərhal başlayırlar özlərinin həqiqət kimi qəbul etdikləri yalanları, hətta heç bir ədəb və tərbiyə çərçivəsinə sığmayan təhqirləri dilə gətirməyə. Bu jurnalistlərin cərgəsində yaxşı tanıdığım, səmimi münasibətlərdə oldugum qələm sahiblərini görəndə doğrudan acı təəssüflər keçirirəm. Əleyihimizə olan statustlara layk edənlərin arasında hətta vaxtı ilə kömək etdiyim adamlar da var. Müdafiə Nazirliyində xidmətdən ayrıldıqdan sonra mənə xanım jurnalistlə birlikdə telefon açaraq bir “kişi” jurnalistin Eldar müəllim, yeriniz görünür, adi bir informasiyanı almaq üçün xeyli əziyyət çəkməli oluruq. İndi həmən o “kişi” jurnalist əgər ürəyində iynənin ucu qədər Allaha hörmət və izzəti qalıbsa, yaddaşının üstündəki külü təmizləyib xəcalət çəksin.

    Orduda çalışdığım müddətdə bir jurnalisti təhqir etdiyim və ya kobudladığım yadıma gəlmir. Lakin özünü toxunulmaz sayan baş redaktorlardan birisi ilə sözümüz çəp gəldiyindən cavabını lazım olan qaydada vermişəm. Günah məndə olmadı, telefonda məni hədələməsıni və şantaj etməsini sükutla qarşılaya bilməzdiim. Adlar çəkmək istəmirəm. Qeydlərimi oxuyan hər kəs söhbətin kimdən getdiyini hiss etməyə çətinlik çəkməz.

    Related image
    Bəzi ittihamçılar da var ki, onlara görə guya mən əsgər ölümlərini qəsdən gizlədirmişəm. Bu məsələdə hökumət tərəfindən mükafatlandırılan və nə qədər gülünc görünsə də, özlərini azad və müxaif fikirli jurnalislər kimi aparan adamlar çoxluq təşkil edir. Daha başa düşmürlər ki, balaca bir ölkədə əsgər ölümlərini necə qapalı saxlamaq olar. Ümümiyyətlə mümkündürmü?! Ən ucqar yerdə baş verən hadisə bir saat sonra bütünlüklə ölkəni bürüyür. Belə vəziyyətdə ordudakı itkiləri necə və hansı niyyətlə ört-basdır etmək olardı? Sən demə, əsgər həyatı yalnız bəzi jurnalislər üçün daha əziz və müqəddəs sayılırmış. Bizim ürəyimizsə daşdan imiş!!! Yaxud özbaşına olaraq ölümlər barədə cəmiyyəti məlumatlandırmırdım və yuxarı komandanlıq mənimlə heç bir sorğu-sual aparmırdı.

    Qaldı rəhmətlik İlqar Verdiyevin faciəli taleyinə, kimsəni inandırmaq məqsədi güdmədən bu hadisə məni indi də arğıdır. Tez-tez xatırlayıram və övladlarının atasız böyüməsinə kədərlənirəm. Açıq danışacağam. Günah mən də deyildi. Səhvi İlqarın özü buraxmışdı. Hadisənin şahidləri arasında hazırda MN-də işləyənlər var, adlarını çəkib onlara ziyan gətirmək istəmirəm. Qorumağa çalışdım, ancaq alınmadı. Burası da başa düşülməlidir ki, hər səhv edəni bağışlamaq ordunun təbiətinə uygun gələn bir şey deyil. Ona qədər də intizamı pozanlar barədə ölçü götürülərək MN-nin aparatından azad edilərək döyüş bölgələrinə xidmətə göndəriliblər. Axı, onları da bir ana doğub… Allahın işidir!!!

    Məni ittiham edənləri ədalətli hesab etmirəm. Bu cür münasibətləri sərgiləyənləri də öz vicdanlarının mühakiməsinə buraxıram. Sonda qarğış tökən bir şərhçinin sözləri ilə yazını bitirirəm. Rüfətin bir yaşı təzə tamam olan oğlu Sabirə qarğışçının arzuları belədir “İnşAllah Rüfət həbsxanadan çıxanda Sabir ölər, oğlunu görməz”. Bu adam kimdirsə nə özünə, nə də övladına ölüm arzulamıram. Allahdan ona ağıl və əxlaq diləyirəm.

    Eldar Sabiroğlu