“QARŞI-QARŞIYA GƏLMƏLƏRİ DÜNYA MÜHARİBƏSİDİR”

    15

    Hurriyyet.org xəbər verir ki, Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verən hadisədən sonra NATO və Rusiya rəhbərliklərinin açıqlamaları ilə gərginləşən münasibətlər barəsində Türkiyənin “Anadolu Agentliyi” müxbirinə şərh verən ekspertlər iki qüvvənin qarşı-qarşıya gəlməsinin yeni bir dünya müharibəsinə səbəb ola biləcəyini söyləyiblər.

    İstanbul Universitetinin siyasi elmlər fakültəsinin əməkdaşı professor Yaşar Onar Ukrayna-Rusiya gərginliyindən sonra gündəmə gələn NATO-Rusiya böhranını belə qiymətləndirib: “Rusiya ilə NATO-nun qarşı-qarşıya gəlməsi açıq şəkildə dünya müharibəsinin başlanması deməkdir”.

    Onay Putinin bu yaxınlardakı çıxışında dediyi “Nüvə silahından ilk istifadə edən ölkə biz olmayacağıq, lakin istifadə edən ölkəni də peşman edəcəyik” sözlərini xatırladaraq söyləyib: “Hadisələr elə bir nöqtəyə gəlib ki, Rusiya özünü NATO tərəfindən mühasirəyə alınmış və təhdid altında hiss edir. Kiçik bir qığılcım alışıb böyük yanğın törədə bilər”.

    Hurriyyet.org