“Qaçqınkom” sədrinə yeni köməkçi təyin edildi

    6

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yeni köməkçi təyin olunub.

    Hurriyyet.org xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, Nərimanov Nəsimi Rafiq oğlu Dövlət Komitəsi sədrinin köməkçisi təyin edilib.

    Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Əkbər Əkbərov bir müddət əvvəl işdən çıxarılıb./report/