“Prapirun” Yaponiyanı viran qoydu – ÖLƏN VƏ YARALANANLAR VAR

    3

    Yaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub.

    Hurriyyet.org xəbər verir ki, artıq bir neçə gündür ki, güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

    Güclü qasırğa Cənubi Koreyada da fəsadlara yol açıb. Burada ölən və xəsarət alan var, hətta 2 nəfərin itkin düşdüyü bildirilir.

    Qeyd edək ki, hələ ötən həftənin sonlarında qasırğa səbəbindən Yaponiyada təxminən 26 min nəfər təxliyə olunub./trend/