“Porsche” 300-dən çox avtomobili GERİ ÇAĞIRDI

    21

    "Porsche" şirkəti Rusiyada 319 avtomobili geri çağırıb.

    Qərar avtomobilin kuzovunun ön hissəsində qeydə alınan qüsurlarla əlaqədardır.

    Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin iyulundan 2019-cu ilin yanvarınadək Rusiyada satılmış "Boxster" və "Cayman" modellərinə şamil olunur.

    Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək. \\trend