“Orta məktəblərdə sıxlıq var” – Təhsil nazirindən AÇIQLAMA

    15

    “Məktəblərdə sıxlıq Bakıda və digər böyük şəhərlərdə mövcuddur. Bakı məktəblərinin 10 faizində sıxlıq var”.

    Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov deyib.

    Onun sözlərinə görə, sıxlıq ondan ibarətdir ki, burada birinci siniflərə qəbul üçün müraciət edən şagirdlərin sayı digər yerlərdən çoxdur: “Müraciətlər çox olduqda onların hamısını qəbul etmək mümkün deyil. Burada hansısa prinsipi tətbiq etmək lazımdır. Ədalət prinsipi ondan ibarətdir ki, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunsunlar”./report/