“Ona dəstəyə gəldim” – Kirkorovdan Aysellə bağlı paylaşım – VİDEO

    12

    Xəbər verdiyimiz kimi, bu gün “Eurovision” müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

    Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, təmsilçimiz Aysel Məmmədova (Aisel) birinci olaraq səhnəyə çıxacaq.

    Rusiyanın xalq artisti Filipp Kirkorov Portuqaliyanın paytaxtı Lissabona yollanıb. O bildirib ki, səfərinin məqsədi Ayselə dəstək olmaqdır. Kirkorov bununla bağlı İnstaqramında paylaşım da edib.

    “Dream team” komandasını və sevimli Azərbaycanın təmsilçisi olan Aiseli dəstəkləməyə gəlmişəm. Əhsən Aysel və “Dream team” deyə, Filipp qeyd edib.

    Qeyd edək ki, Aiselin "Eurovision" çıxışı üzərində F.Kirkorovun sahibi olduğu "Dream team" komandası çalışıb. O, ölkəmizi “I cross my heart” mahnısı ilə təmsil edir.