“Neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir” – PUTİN

    21

    "Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir".

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

    “Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir”, – deyə Rusiya Prezidenti vurğulayıb.

    V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: "OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik”.