“NATO Gürcüstanın sahil mühafizəsinə kömək göstərəcək” – Yens Stoltenberq

    9

    “NATO Gürcüstanın Qara dənizdəki Sahil Mühafizəsi Xidmətinin və Hərbi Dəniz Qüvvələrinin inkişafına kömək göstərəcək”.

    Hurriyyet.org xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Şura iclası öncəsi keçirdiyi mətbuat konfransında deyib.

    “Biz Gürcüstanla birgə onun Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi, həmçinin sahil mühafizəsinin gücləndirilməsi üzərində iş aparırıq”, – deyə o bildirib.

    Baş katib qeyd edib ki, sabah NATO-nun tərəfdaşı olan Gürcüstan və Ukrayna nümayəndələri ilə görüş keçiriləcək: “Gürcüstan və Ukrayna Rusiya tərəfindən ciddi təhlükəsizlik çağırışları ilə üzləşirlər. Biz hər iki ölkəyə praktiki və siyasi dəstək verməkdə davam edəcəyik”. /report/