“Musanın vəhşiliyini, dəliliyini sevmişəm” – Təranə Qumral

    21

    “Mən dəlisov adamam. Acı və şirin olsa da, sözün düzünü deyirəm. Mən Musanın dəliliyinə vuruldum. Onun vəhşiliyini, dəliliyini sevmişəm”.

    Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “5-də 5” proqramına qonaq olarkən deyib. O, həyat yoldaşı Musa Musayevi sevmə səbəbindən danışıb: “Mən “ay canım” filan deyən kişiləri xoşlamıram. Kişinin əlləri əyri-üyrü olmalıdı. Qoy, vurub dağıtsın”.

    T. Qumral daha sonra yeznələrindən söhbət açıb: “Mən bir batalyona bəsəm. Sakit dayanan biri deyiləm, Allahın bəlasıyam. Yeznələrim qabağımda “çest” verir. Mənim kimi qayınananın qarşısında “çest” vermək lazımdır”.