“Megafun” da partlayış – Xəsarət alanlar var

    36

    "Megafun" əyləncə mərkəzində hadisə baş verib.

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş vermişdir.

    İlkin dəqiqləşdirilmiş məlumata əsasən, "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb.

    Daha bir neçə vətəndaşın xəsarət alması ehtimal edilir.

    Məlumat dəqiqləşdirilir, hadisə nəticəsində yanğın baş verməyib. \\APA