“Mado” müştəriyə kənardan yemək gətirməyə niyə icazə vermir? – AÇIQLAMA

    12

    Ötən gün "Gənclik Mall"dakı “Mado” restoranlar şəbəkəsində iki müştərinin kənardan gətirdiyi içki və yeməklə məkanda oturmasına icazə verilməyib.

    Hurriyyet.org open.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov “Facebook” hesabında məlumat yayıb. Belə ki, müştərilər ofisiantın etirazından sonra məkanı tərk ediblər.

    Məsələ ilə bağlı sayta açıqlama verən “Mado” restoranlar şəbəkəsinin PR marketinq şöbəsinin müdiri Kəmalə Allahverdiyeva bildirib ki, məkanın girişində müştərilərə kənardan yemək-içmək gətirmək və heyvanla daxil olmamaq barədə xəbərdarlıq yazılıb:

    “Həmin xəbərdarlıqlar birbaşa müştərinin təhlükəsizliyi və rahatlığı üçündür. Kənardan yemək gətirməyə ona görə icazə vermirik ki, hansısa neqativ hal olarsa, həmin halın bizim məkanda olmasını aydınlaşdıra bilək. Müştəri kənardan gətirdiyi dönərdən və ya başqa yeməkdən zəhərlənə bilər. Biz müştərini məkan daxilində bütün içki və yeməklərlə təmin ediriksə, kənardan niyə gətirilsin ki?”.