“Ölüm səbəbləri sırasında bədxassəli şişlər ikinci yeri tutur” – İnstitut direktoru

    3

    “İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlər 18-23 faizlə ikinci yeri tutur".

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu AMEA-nın Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edən Biofizika institutunun direktoru Oktay Qasımov deyib.

    O bildirib ki, dünya əhalisinin 10 faizi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkir: " Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır".