“LOTU QULİ” BAKIYA GƏLDİ

    6

    Məşhur kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") Bakıya gəlib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib.

    "Lotu Quli"nin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.

    Xatırladaq ki, "Lotu Quli" həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

    Ötən ilin oktyabr ayının 24-də Q1aradağ Rayon Məhkəməsi vəkilin "Lotu Quli"nin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib.