“Əlilliyin təyin olunması “ASAN Xidmət”ə verilsin, bizim də canımız qurtarsın…” – ZİYAFƏT ƏSGƏROV

    6

    Azərbaycanda əlilliklə bağlı problemlərin, əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsinin "ASAN Xidmət"ə verilməsi təklif olunub.

    Hurriyyet.org bildirir ki, bu təkliflə Milli Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov bu gün keçirilən plenar iclasda çıxış edib.

    “Əgər "ASAN Xidmət"in texniki imkanları cavab verirsə, bu məsələni birdəfəlik ona həvalə edək. Bunu birdəfəlik "ASAN Xidmət"ə verək. Bu problem birdəfəlik bitsin, bizim də canımız qurtarsın. Nazirliyin də canı qurtarsın, məsələ də həllini tapsın”, – deyə o vurğulayıb./apa/