“Kağız paketlərə üstünlük verin” – NAZİRLİKDƏN ÇAĞIRIŞ

    3

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanları kağız paketlərə üstünlük verməyə çağırır.

    Hurriyyet.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir.

    O qeyd edib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzlərinə gedən zaman polietilen torbaları və paketləri təbiətə atırlar:

    "Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir"./trend/