“İran qazı bizim cibimizə görə deyil” – ERMƏNİ NAZİR

    6

    İran Ermənistana təbii qazı, Rusiyadan fərqli olaraq, daha baha qiymətə təklif edir.

    Hurriiyet.org-un məlumatına görə, Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın energetika və təbii ehtiyatlar naziri Artur Qriqoryan deyib.

    Onun sözlərinə görə, İran təbii qazın hər min kubmetrini 165 dollara satır. Rusiya təbii qazının min kubmetri isə rəsmi Yerevana 150 dollara başa gəlir: "Bundan başqa, “Qazprom” Ermənistan ərazisində 27-28 milyon dollar məbləğində investisiya proqramı həyata keçirir ki, bu da Rusiya qazını, İranınkı ilə müqayisədə, daha ucuz edir”.

    Hazir onu da bildirib ki, bütün bunlara baxmayaraq, müzakirələr aparılacaq, İranla danışıqlar davam etdiriləcək: “Ermənistan daha ucuz qiymətə təbii qaz mənbələri axtaracaq”.