“İRAN BAZALARINI VURDULAR, AMMA…”

    21

    “Suriyada İran bazası yoxdur, ölənlərin hamısı Suriya əsgərləridir”…

    Hurriyyet.org xəbər verir ki, İsrailin Suriyada İran hədəflərini vurduğu iddiası barədə şərh verən suriyalı jurnalist Fadi Maruf İsrailin vurduğu bütün hədəflərin “yüz faiz Suriyaya məxsus” olduğunu bildirib. “Sputnik”ə müsahibə verən jurnalist deyib: “İsrailin həmin gün hücum elədiyi bütün hədəflər Suriya ordusuna məxsus idi. İranın bura heç bir aidiyyatı yoxdur. Bu, Suriya ilə İsrail arasında arasında 5 saat davam edən gərgin bir atışma idi. Eynilə Suriyada müharibənin davam elədiyi son 7 ildəki kimi”.

    Suriyanın 1973-cü il müharibəsindən bəri İsrailə qarşı bir dəfə də olsun hücum eləmədiyini xatırladan Maruf deyib: “Halbuki İsrail mütəmadi şəkildə hücumlar edir. Çünki, qonşu ölkələrin güclü orduya sahib olmasını istəmir. İsrail bundan qorxur”.

    Hurriyyet.org