“İnstaqram” rəhbərliyi müğənniyə görə şəbəkəni dəyişdirə bilər

    42

    "İnstaqram" paylaşım platformasının rəhbəri Adam Mosseri sözügedən sosial şəbəkədən uzaqlaşan müğənni Selena Qomezlə əməkdaşlıq etmək istəyir.

    Hurriyyet.org "qafqazinfo"ya istinadən xəbər verir ki, o, BBC Radio-ya açıqlamasında Selenanın telefonundan instaqramı silməsinə görə xəyal qırıqlığı yaşadığını söyləyib.

    Hətta, rəhbər sənətçinin bu addımına görə, depressiyaya düşdüyünü vurğulayıb. A. Mosseri Qomezlə özəl əməkdaşlıq etməyə hazır olduğunu bildirib: "Əgər platformada bir şeyi bəyənmirsə, müzakirə etməyə hazırıq. İnanın, biz Selenaya görə həmin problemi aradan qaldıra bilərik. Tənqidlərə açıq bir şəbəkəyik".

    Xatırladaq ki, Selena dünyada izləyici sayına görə Cristiano Ronaldo və Ariana Grandedən sonra üçüncü sıradadır. Müğənni bir müddət əvvəl açıqlamasında "instaqram"ın onun özgüvəninə mənfi təsir etdiyini demişdi.