“İNSTAGRAM”a YENİ FUNKSİYA ƏLAVƏ EDİLİR

    15

    Hurriyyet.org xəbər verir ki, İnstaqram sosial şəbəkəsinin yeni funksiyası – videozəng funksiyası işləməyə başlayacaq. Məlumatı "Instagram" rəsmi saytı yayıb. Məlumatda deyilir: “İndi siz Instagram Direct bölməsində videoçat yaradaraq, bir nəfər və ya bir qrupla görüntülü danışa bilərsiniz. Dostlarınız artıq İnstaqramdadırsa, İOS və Android vasitəsilə, telefon nömrəsi olmadan asanlıqla onlarla videoçata qoşula bilərsiniz”.

    Qeyd edilir ki, videoçatda eyni anda yalnız dörd nəfərlə ünsiyyət qurmaq mümkündür. Danışıqlara zaman məhdudiyyəti yoxdur. Məlumatda deyilir: “Dostlarınızla istədiyiniz qədər görüntülü danışa bilərsiniz”.

    Bəlli olduğu kimi, "İnstagram" – fotoşəkillərlə və videyazılarla mübadilə üçün, sosial şəbəkə əlavəsinə malik pulsuz proqramdır.

    Hurriyyet.org