“İncirlik”dəki ABŞ hərbçilərinə tapşırıq verildi – “DİQQƏTLİ OLUN!”

    15

    Hərbçilərə mərifətli olmaq göstərişi verilib

    Hurriyyet.org xəbər verir ki, Türkiyədə yerləşən "İncirlik" hərbi bazasındakı amerikalı hərbçilər və digər işçilərə qarşıdakı ramazan ayı ilə bağlı diqqət etməli olduqları məsələlər barəsində göstərişlər verilib. Rəhbərliyin əməkdaşlara müraciətində deyilir: “Burada qonaq olan bizlər, ev sahiblərinin inanclarına hörmət etməli, müqəddəs ramazan ayında oruc saatları zamanı ictimaiyyət içərisində və küçələrdə bir şey yeyib-içməməyə çalışmalıyıq”.

    Hurriyyet.org