“İŞİD-in keçmiş döyüşçülərinin uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir” – BMT Ali Komissarı

    21

    BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Suriyada və İraqda saxlanan 55000-ə yaxın xarici vətəndaş olan keçmiş İŞİD döyüşçüləri və onların ailələrinin ədalətli mühakimə olunması və ya azad olunmasının vacib olduğunu bildirib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Mişel Başelet BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən üçhəftəlik sessiyasının açılışında deyib.

    Mişel Başelet vurğulayıb ki, ölkələr İŞİD-ə qoşulmuş vətəndaşlarının məsuliyyətini qəbul etməlidir: "Bu döyüşçülərin onsuz çox əziyyət çəkmiş uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir".