“Halal çörək yeyin” – Aysundan işdən çıxarılan baş həkimə

    12

    Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı ilə 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanmışdı.

    Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, Aysun N.Əliyevanın körpələr evindən ərzaqları oğurladığını göstərən videoları sosial şəbəkə hesabında yaymışdı.

    Bu gün isə baş həkimin işdən uzaqlaşdırılması ilə bağlı açıqlama verilib. Körpələr evində isə məsələ ilə bağlı araşdırma başladılıb.

    A.İsmayılova xəbərə münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

    "Allaha dua, şükür etməyi unutmayın heç vaxt. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. Allahdan başqa heç kimdən qorxmayın. Ürəyiniz Allahla bir olsa, hər zaman sizin yanınızda olar. Hər günümüz üçün çox şükür Allahım".