“Grand Hospital” kimə satılıb? – KÜTLƏVİ İXTİSAR

    3

    Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

    Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.

    Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

    Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib.

    Arzu Əyyubova

    Rasim Məhərrəmov

    Afaq Ələsgərova

    Röyal Hacıməmmədov

    Namiq İsmayılov

    Seymur Mehtiyev

    Sənan Aşirov

    Toğrul Ömərov

    Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.

    Hazırda klinikada gərgin vəziyyət hökm sürür.

    BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri lə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.

    Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı. \\ Bakipost

    HURRİYYET.ORG