“Fənərbaxça” yeni hücumçu aldı

    33

    "Fənərbaxça" "Verder"in futbolçusu Maks Kruzeni transfer edib. 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Almaniyalı oyunçunun müqaviləsi Bundesliqa təmsilçisi ilə iyunun 30-u başa çatacağı üçün o, azad agent kimi İstanbul klubuna keçib.

    Qeyd edək ki, Kruze ötən mövsüm Bundesliqada 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib. /qol.az/