“Fənərbağça”nın baş məşqçisi istefa verdi

    12

    Aykut Kocaman Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçi postundan ayrılıb.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.

    Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

    Qeyd edək ki, Aykut Kocaman "Fənərbağça"da ilk dəfə 2010 – 2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında "Fənər" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.