“Everton”un yeni baş məşqçisi bəlli oldu

    9

    İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, kollektiv Marko Silvaya tapşırılıb.

    41 yaşlı mütəxəssislə bağlanılmış müqavilənin detalları hələlik məlum deyil.

    Qeyd edək ki, Marko Silva İngiltərədə "Hal Siti" və "Uotford" klublarına rəhbərlik edib. O həmçinin Yunanıstanın "Olimpiakos" komandası ilə ölkə çempionluğunu qazanıb.