“Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur”

    3

    Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur.

    Hurriyyet.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.

    B.Səfərov qeyd edib ki, N.Paşinyanın baş nazir kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi yanlış addımdır.

    O, həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. B.Səfərov bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur:

    "Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik əgər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyəti əvvəlkindən də pis olacaq"./trend/