“Erməni soyqırımını tanımamaq üçün nə mənəvi, nə də tarixi əsas yoxdur” – İSRAİLİN NƏQLİYYAT VƏ KƏŞFİYYAT NAZİRİ

    3

    İsrail səfirinin və baş konsulunun Türkiyədən qovulması fonunda İsrail parlamentində yenidən "erməni soyqırımı"nın tanınması haqqında qanun layihəsi irəli sürülüb.

    "Erməni soyqırımını tanımamaq üçün nə mənəvi, nə də tarixi əsas yoxdur", deyə mayın 16-da İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Kats bildirib. O, deputat İtsik Şmulinin təqdim etdiyi qanun layihəsini qəbul etməyi tövsiyə edib. Xəbəri İsrail KİV-ləri yayıb.

    Öz növbəsində, deputat İtsik Şmuli bildirib ki, onun hazırladığı qanun layihəsinin Türkiyə ilə münasibətlərin hazırki gərginliyi ilə heç bir əlaqəsi yoxdur, amma İsrail dövləti erməni xalqının soyqırımına görə məsuliyyət daşıyan "antisemit türk qəssabının əxlaq moizələrini" dinləmək niyyətində deyil.

    Parlamentari həmçinin qeyd edib ki, tarixi soyqırım faktını dünyada 29 dövlət qəbul edib. Şmulinin sözlərinə görə, knessetdə qanun layihəsinin qəbulu məsələsində geniş konsensus mövcuddur.

    Deputat Şmuli ilə paralel olaraq hakim partiyanın deputatı Amir Oxana (Likud) da analoji qanun layihəsi hazırlayıb. Müxalifət və koalisiyanın iki qanun layihəsinin olması, ekspertlərin fikrincə, onun knessetdən keçmə şansını artırır.

    Öz növbəsində, İsrailin Türkiyədə səfiri vəzifəsində çalışmış d-r Alon Liel xəbərdarlıq edib ki, qanun layihəsinin qəbulu İsrail-Türkiyə münasibətlərinin avtomatik olaraq qırılmasına gətirib çıxaracaq.

    Bu fonda Rusiyanın "Sputnik Armeniya" nəşrinin siyasi icmalçısı Arman Vaneskegyan Ermənistana erməni soyqırımının tanınması məsələsinin qaldırılmaması xahişi ilə rəsmi Tel-Əvivə müraciət etməyi tövsiyə edib. Onun fikrincə, bu qanunun qəbulu Ermənistan və beynəlxlaq aləmdə onun mövqeyi üçün "açıq-aşkar pislikdir".

    Onun sözlərinə görə, rəsmi Tel-Əviv yalnız soyqırım məsələsindən Türkiyəyə təzyiq üçün istifadə etməyə çalışır, "bu yaxınlarda Qəzzə bölgəsində fələstinlilərin nümayişinin güllələnməsi isə" sübut edir ki, "İsraildə dövlət siyasəti səviyyəsində insan hüquqlarına yer yoxdur". \\turan.az

     

    HURRİYYET.ORG