“EŞŞƏK KİMİ ANQIRACAM…”

    18

    "…əgər MHP barajı keçərsə"

    Keçmiş siyasətçi Yaşar Okuyanın seçki qabağı MHP ilə bağlı təxminləri sosial medianı çalxalayıb.

    Hurriyyet.org-un xəbərinə görə, MHP-nin yüzdə 5 səsi olduğunu deyən Okuyan “MHP barajı keçsə, Tandoğan meydanına gedib anqırmasam şərəfsizəm. O qədər dəqiqliklə deyirəm. Bacarırsa məni anqırtsın” deyib.

    İyunun 24-də baş tutan seçkidə Yaşar Okuyanın əminliklə dediyi təxminləri puç oldu. MHP baraji keçməyi bacardı. İndi hər kəs Okuyanın bu duruma təpkisinin necə olacağını maraqla gözləyir.

    Altunay, Hurriyyet.org