“Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil” – ÇAVUŞOĞLU

    6

    Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil.

    Hurriyyet.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    O bildirib ki, bu, ilk növbədə İrana qarşı sanksiyalara aiddir.

    Nazirin sözlərinə görə, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır:

    “ABŞ-ın İrana sanksiya tətbiq etmə qərarı bütün regiona, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək”.

    O həmçinin əlavə edib ki, İran Türkiyənin iqtisadi və strateji tərəfdaşıdır.