“Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir” – KOMİTƏ SƏDRİ

    3

    Azərbaycanda dərman vasitələrinin reklamının tam əleyhinəyəm.

    Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

    Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: “Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s”.

    Komitə sədri vurğulayıb ki, Avropa ölkələrində dərman vasitələrinin reklamı qadağan olunub: “Hesab edirəm ki, biz də bu məsələyə yenidən qayıtmalıyıq”.