“BU GÜN BÖYÜK GÜNDÜR” – NETANYAHU

    15

    Hurriyyet.org xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Amerika heyətinə deyib: “Sizdən daha böyük dostumuz yoxdur, İsrailin və Qüdsün yanındayıq”.

    İsrailin baş naziri bu gün səfirliyi Qüds şəhərinə köçürən Amerika heyətinə müraciət edərək deyib: “Sizdən daha böyük dostumuz yoxdur, İsrailin və Qüdsün yanındayıq”. O, üzünü Trampın qızına və kürəkəninə tutaraq söyləyib: “Sizin bu gün buradakı varlığınız, bunun Tramp hökuməti ilə yanaşı, şəxsən özünüz üçün də nə qədər mühüm olduğunu göstərir”.

    “Nə böyük bir gün, nə müzəffər bir gün, tarixi bir gün” söyləyən Netanyahu Trumpı nəzərdə tutaraq deyib: “Siz tarix yazdınız”.

    Hurriyyet.org