“BU, ARTIQ VƏKALƏT SAVAŞI DEYİL” – İNGİLİS MƏTBUATI

    18

    “Trampın nüvə müqaviləsində imtina eləməsi…”

    Hurriyyet.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi İsrailin Suriyaya atdığı raketlərin yarısından çoxunun Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən əngəlləndiyini bildirib.

    BBC-nin Yaxın Şərq redaktoru Ceremi Boven bu gecə baş verən hücumlar barəsində belə deyib: “Bunun vəkalət savaşı olduğunu deməyin. Bu, artıq sırf İsrail ilə İran arasında olan məsələdir. Trampın İran ilə nüvə müqaviləsindən imtina eləməsindən sonra vəziyyət belədir. Bu riskin böyüyəcəyi gözlənilir”. Boven bu sözləri “Tvitter”dəki səhifəsində yazıb.