“Baxışları adamın bu tərəfindən keçib, o biri tərəfindən çıxır…” – Putindən müsahibə alan ingilis jurnalist

    15

    Britaniyanın nüfuzlu “Financial Timesnəşrinin redaktoru Layonel Barber Rusiya prezidenti Vladimir Putindən Yaponiyanın Osaka şəhərində G20 zirvə toplantısı çərçivəsində müsahibə alıb. Jurnalist dövlət başçısını çətin həmsöhbət adlandırıb. LBC radiosunun əməkdaşı ilə söhbətində Baber bildirib ki, Putin suallardan məharətlə yayınır və iynəli cavablar verir.

    “O, çox sakit və təmkinli insandır və baxışları sanki səni dəlib keçir”, – Barber Rusiya lideri barədə deyib.

    Layonel Barber

    Jurnalist qeyd edib ki, suallardan birinə cavab verdiyi vaxt Putinin sözünü kəsməyinə peşman olub. Barberin ifadəsinə görə, prezidentin sözünü kəsməklə, faktiki olaraq, onu söz duelinə çağırıb. “Baxışları ilə sanki bir tərəfimdən keçib, o biri tərəfimdən çıxaraq, dedi: “Hm, bura qədər yaxşı gəlmişdik. Hər şey yaxşı başlamışdı”, – reportyor xatırlayır.

    Onun sözlərinə görə, bu hadisə görüşün ümumi ab-havasına təsir etməyib: “Əslində, müsahibə çox dostcasına alındı”.

    Qeyd olunur ki, “Financial Times”a müsahibəsində Putin Suriyadakı müharibə, Skripalların zəhərlənməsi, özünün davamçısı haqqında suallara cavab verib və bildirib ki, Rusiyada oliqarxlar yoxdur, dünyada isə liberalizm ideyaları məğlubiyyətə uğrayıb./virtualaz.org/