“BAHASINI BÜTÜN DÜNYA ÖDƏYƏCƏK!” – MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR

    27

    Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın bir xəta və ya təhdidinin bütün dünyaya baha başa gələ biləcək bir vəziyyət yaratdığını bildirib. Lavrov ABŞ ilə xoş münasibətlər qurmaq istədiklərini, lakin milli mənfəətlərindən də vaz keçməyəcəklərini vurğulayıb.

    İtaliyada dərc edilən “Panorama” jurnalına müsahibə verən Lavrov “Rusiya ilə Qərb ölkələri arasında silahlı toqquşma baş verə bilərmi” sualına cavab verib.

    Картинки по запросу Lavrov

    Lavrov deyib: “Göründüyü kimi, dünyada vəziyyət getdikcə, daha da gərgin və gözlənilməz hal almaqdadır. Əvvəllər də demişdik. Bu vəziyyət xüsusilə də ABŞ-ın və onun təzyiqi altında olan bəzi Qərb ölkələrinin birtərəfli təhriklərini dayandırmamalarının nəticəsidir. Ziddiyyətləri daha da qızışdırır, dialoq kanallarını bağlayırlar. Hər hansısa bir hədə-qorxunun və ya xətanın bahasının bütün dünyanın ödəyəcəyi bir vəziyyət yaradırlar”.

    Lavrov bu ölkələrdə sağlam məntiqin üstün gələcəyinə ümid etdiyini, rusafobiyanın dünyadakı vəziyyətə mənfi təsir elədiyini, mövcud problemlərin Rusiya ilə Amerikanın əməkdaşlığı olmadan həll edilə bilməyəcəyini söyləyib.

    Hurriyyet.org