Türkiyə mediası Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar paytaxt Bakıda keçirilmiş hərbi paraddan yazıb.
Hurriyyet.org teleqraf.com-a istinadən bildirir ki, Türkiyənin nüfuzlu qurumları paradda ilk dəfə nümayiş olunan müasir texnika və silahlara xüsusi diqqət ayırıblar:
"İlk dəfə olaraq Türkiyə müdafiə sənayesində ("ROKETSAN") şirkəti) istehsal olunmuş "SOM-B1" raket kompleksləri Bakıdakı paradda nümayiş etdirildi. Türk raketləri artıq Azərbaycan ordusunun arsenalına daxil edilib".
Türkiyə KİV qeyd edir ki, paradda ilk dəfə Azərbaycanın ABŞ-dan aldığı "Bell 412" helikopterləri, Belarus istehsalı "POLONEZ" zenit-raket kompleksləri, İsrail istehsalı "Lora" uzaqmənzilli raket sistemləri, yenə İsrail istehsalı "Heron TP" və "Hermes 450" Pilotsuz Uçan Aparatları (PUA) nümayişə çıxarılıb.