“AST Telman” 6 aydır işçilərinin maaşını vermir – AKSİYA KEÇİRDİLƏR

    3

    Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi "Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.

    "Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.

    Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.

    Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və "Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.