“Argentinalı olmaqdan gözəl heç nə yoxdu” – MESSİ

    12

    Argentina yığmasının lideri Lionel Messi Nigeriya ilə oyundan sonra fikirlərini bildirib.

    Hurriyyet.org komanda.az-a istinadən xəbər verir ki, Messi qələbə qazanacaqlarına son ana qədər əmin olduqlarını bildirib.

    O, layiqli şəkildə növbəti mərhələyə vəsiqə əldə etdiklərini vurğulayıb:

    "Biz tam əmin idik ki, bu oyunda qalib gələcəyik. Belə tərzdə qalib gəlmək möcüzəvidi. Sevinmək haqqımız idi. Növbəti mərhələyə adlamağa layiq idik".

    Messi "instaqram"da azarkeşlərə də müraciət edib:

    "Bu xoşbəxtliyə görə Allaha minnətdaram. Hər oyundakı bu ağlasığmaz dəstəyə görə isə sizə minnətdaram. Pis və yaxşı günlərdə dünyada argentianlı olmaqdan gözəl heç nə yoxdu.

    Argentina Nigeriyaya 2:1 hesabı ilə qalib gəlib. Lionel Messi komandasının ilk qolunu vurub.

    Argentina 1/8 finalda Fransa ilə qarşılaşacaq. Oyun iyunun 30-da Kazanda keçiriləcək.