“Analar qızlarını zorakılıqdan qorumaq istəyirsə, oğlanlarına düzgün tərbiyə verməlidir” – KOMİTƏ SƏDRİ

    3

    "Əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər".

    Hurriyyet.org xəbər verir ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüsey­nova Qadınların V For­umunda çıxışı zamanı ­deyib.

    O bildirib ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlər görülsə də, bu məsələ hələ dövləti narahat edir: "Bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçün məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Məlumat bankı yerlərdə Monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasını təmin edir"./report/