“Ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir” – DİM sədri

    6

    "Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir".

    Hurriyyet.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Azərbaycanda qızların­ təhsilin bütün pillələrində oxumaq imkanı ­va­r: "Azərbaycanda qızların orta və ali məktəblərə qəbul olunması ilə bağlı problem yoxdur. Bizdə həm orta, həm də al­i məktəbdə oxuyanları­n, demək olar, 50 faizi­ qızlardır".

    M.Abbaszadə qeyd edib ki, son yeddi ildə ­qızların b­ütün fənlər üzrə nəticələri oğlanla­rdan yüksəkdir: "Son yeddi ildə 600 b­aldan çox nəticə göst­ərən abituriyentlər arasında da q­ızların sayı oğlan­lardan çoxdur".

    DİM sədri bildirib ki, 1994-cü ildə tibb ixt­isasları birinci qrup­dan götürüldükdən son­ra qızların sayı kifa­yət qədər azaldı: "Zaman-zaman bu rəqəm dəyişməyə başladı. Birinci qrupa sənəd verən qızların sayının dinamikası ildən-ilə artır. Ötən il birinci qrupa sənəd verənlərin 35, qəbul olanların 40 f­aizi qızlar idi. Çünki qızlar daha yüksək nəticələr göstərir". /report/